Dövlət Sərhəd Xidmətinin sifarişi ilə sərhədçilər və onların ailələri üçün 77 mənzilli 6 mərtəbəli yaşayış binası inşa olunmuşdur. Binada tam təmirli, avadanlıq və mebellərlə təmin olunmuş mənzillər, həyətyanı sahədə istirahət guşələri, uşaqlar üçün oyun meydançaları, uşaq əyləncə qurğuları, park salınmışdır.