Haqqımızda

Qarachay Holdinq asfalt və beton istehsalı üzrə öz zavodları olan iri bir şirkətdir. Hal-hazırda şirkətimizdə 8000-dən çox işçi çalışır. Bunlar müxtəlif profilli mütəxəssislər, tikintinin idarəolunması üzrə peşəkarlar, yüksək hazırlıqlı mühəndisi-texniki heyət, monolit dəmirbeton üzrə böyük inşaat bölmələri, tamamlanma işləri üzrə mütəxəssislərdir. Son illər ərzində bizim mütəxəssislər tərəfindən yüzminlərlə kv.m müxtəlif təyinatlı tikililər inşa olunub. 

 

                                                                     

               

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bundan əlavə, şirkət sayı 300-dən çox olan müxtəlif inşaat texnikasına malikdir, və bu amil layihələrin vaxtlı-vaxtında icra olunmasını sürətləndirir və asanlaşdırır.

Qarachay Holdinq Respublikanın 18 nazırliyi və bir çox hökümət orqanları ilə əməkdaşlıq edir.

Beləliklə, 2011-ci ildən etibarən Garachay Construction-da avtonom şirkətlərin yaradılmasına ehtiyac yaranır.

Qarachay Holdinq-in  fəaliyyət dairəsində  kənd təsərrüfatı, inşaat və kənd təsərrüfatı texnikasının satışı, atçılıq idmanı və digər sahələr inkişaf edib.

Hal-hazırda Holdinqin tərkibində aşağıdakı şirkətlər daxildir:

Garachay Construction (tikinti, layihələndirmə, dizayn və s.),

Original motors (inşaat və kənd təsərrüfatı texnikasının satışı),

Turyancay Fermer (postsovet məkanda ən iri fermalardan biri kimi tanınan maldarlıq ferması - burada 3000-dən çox mal-qara mövcuddur, burada həmçinin 10 hektar sahə meyvə, giləmeyvə, tərəvəz və s. bitkilərin yetişdirilməsi üçün istixananın yaradılması, süd istehsalı nəzərdə tutulub).

Beyaz (özəl sifarışlərin icra olunması ilə məşğul olan tikinti şirkəti),

"Arzu" atçılıq klubu (müxtəlif cinsli, sayı 50-yə yaxın atın bəsləndiyi atçılıq klubu),

Garachay Asfalt (öz yolbasanları və asfaltadüzənləri olan asfalt zavodu),

Garachay beton (öz mikserləri, beton pompaları, özüboşaldanları və s. olan müxtəlif markalarda betonun istehsalı üçün 4 beton zavodu).

Son Xəbərlər

Bakı ş, Ramiz Quliyev küç. 4
(+99412) 379 26 58
(+99412) 379 20 10
info@qarachay.az